Gəncliyə dəstək

“GƏNCLİYƏ DƏSTƏK” İctimai Birliyi


TƏŞKİLAT HAQQINDA MƏLUMAT

  1. Təşkilatın adı:    “Gəncliyə Dəstək” İctimai Birliyi
  2. Təşkilatın ünvanı:   Azərbaycan Respublikası, Zərdab şəhəri, R.Kərimov kücəsi 3a
  3. Təşkilatın sədri    Eldar Xəlilov
  4. Tel:   050-418-51-10
  5. e-mail:   zerdab_gd@pochta.ru

“Gəncliyə Dəstək” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş , könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasinda yaradılan, öz fəaliyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ümumazərbaycan qeyri-hökumət təşkilatıdır.

Birlik 20.11.2006-ci ildə bir qrup fəal gənc tərəfindən yaradılmışdır.Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 03 iyul 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır.

“GƏNCLİYƏ DƏSTƏK” İCTİMAİ BİRLİYİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ:

Birliyin məqsədi gənclərin mənəvi və fiziki inkişafına kömək etməkdən, onların səylərini , bilik və bacarıqlarını, enerjisini sivil, sağlam və demokratik cəmiyyətin qurulmasına yönləndirməkdən ibarətdir..

Birliyin vəzifələrinə aşağıdakılar daxidir:
  • Gənclərin cəmiyyətdə fəal iştirakına yaxından kömək etmək;
  • İstedadlı gənclərin aşkara çıxarılmasna, təhsillərini davam etdirmələrinə, intellektual inkişaflarına kömək etmək;
  • Gənclər arsında maarifləndirmə işi aparmaq;
  • Gənclərin idmana marağının artırılmasına kömək etmək;
  • Gənclərin problemlərinin araşdırılması və həlli barədə təkliflər hazırlamaq;
  • Gənclər arasında vətənpərvərliyi təbliğ etmək;
  • Gənclərin mədəni inkişafına kömək etmək;
  • Sülhü, bəşəri dəyərləri təbliğ etmək;
  • Gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək;

BİRLİK TƏRƏFİNDƏN HƏYATA KECİRİLƏN LAYİHƏLƏR:

Layihənin adı: ”Zərdab rayon gəncləri arasında sağlam həyat tərzinin təbliği və antinarkotik mübarizənin aparılması”
Tarix və yer: İyul-avqust, 2007, Zərdab
Maliyyə mənbəyi: Gənclər və İdman Nazirliyi

KÖNÜLLÜ FƏALİYYƏTİMİZ:

1. 2007-ci il may ayında “QİÇS (AİDS)-ə tutulmuş gənc cəmiyyətdən təcrid olunmalıdırmı?” mövzusunda debat.
2. 2007-ci il noyabr ayında Gənclər arasında intellektual oyunu .