. . : : | LAYIHƏ HAQQINDA | SAYTIN XƏRİTƏSİ | SAYT XƏBƏRLƏRİ | LİNKLƏR | ƏLAQƏ | : : . .
Azərbaycan       rus        eng                  
 

Kür damlaları

İyiriminci əsrin 70-ci illərində Zərdabda şer həvəskarlarının toplandığı “Kür damlaları” adlanan bir ədəbi məclis fəaliyyət göstərib. Bu ədəbi məclisə rayonumuzun müxtəlif guşələrindən şer həvəskarları gəlib, yazdıqları şerləri müzakirə edərdilər. Bir müddət fəaliyyat göstərməyən bu məclis yenə də öz ətrafina rayonumuzun şer həvəskarlarını topalmaqdadır. Ancaq biz burada bu məclisin bu günkü fəaliyyəti haqqında məlumat vermək isrəmirik. Sadəcə sakit Kürümüzün sahilində yerləşən kiçik Zərdabımızın yaradıcı insanlarının qəlbindən qopub gələn damlaların kiçik bir toplusunu Sizlərə təqdim etmək istərdik.

Pənah Abdullaağa oğlu

-ötən əsrin 70-ci illərinin uşaqlarınını "Pənah baba" kimi tanıdıgı istedadlı, müdrik, xeyirxah bu insanın həyatının əsas hissəsi sürgündə - qarlı Sibir çöllərində, uzaq Qırğız düzənərində kecib. Günahı da “kulak” ailəsində doğulması olub. Atası Abdullağa bəylərin torpaq icarəçisi olub. Yəqin ki, şerlərindəki qəmginlik də o ağır günlərdən xatirədir.

Gedirəm
Olmadı zərrəcə əsər dərdimə dərman, gedirəm, Çünki vermişdi Xuda, ölmümə fərman, gedirəm. Yığılıb cümlə təbib gəlsə mənim qulluğuma, Dərdimə etməz əlac, gəlsə də Loğman gedirəm. Taleyim böylə imiş, görmədim, bir zövqü, səfa, Dərdimi etmədim aşikar, belə pünhan gedirəm. Dilimin əzbəridir Lailhə İlləllah, Etdiyim bəzi əməldən gora peşiman gedirəm. Cəbr ilə yığdığımın görmədim heç bəhrəsini, Var-yoxum oldu talan, yer ilə yeksan gedirəm. Pənahı yad edin, ey sinəsi dağlı kəslər, Allah-Allah deyərək gözləri al qan gedirəm.

Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı)
(sevilgulten@yahoo.com)

-1961-ci il aprel ayının 22-də Zərdab rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1984-cü ildə hazırkı Dillər Universitetinin ingilis dili fakültəsinin bitirib. 2003-cü ilin avqust ayına qədər Zərdab rayonunda yaşayıb. Hazırda Bakı şəhərində, Muğam Teatrında ədəbi dram hissə müdiri vəzifəsində işləyir.
Orta məktəb illərindən şer yazır, tərcümələrlə məşğul olur. Şerləri Azərbaycan mətbuatında, eləcə də Türkiyədə, Almaniyada çap olunmuşdur. Həmçinin hekayələr, publisstik yazılar, məqalələr müəllifidir.
Tərcüməçidir. Müxtəlif vaxtlarda Lord Byronunu, Edgar Allan Poenin və digərlərinin şerlərini dilimizə tərcümə edib. Hamlet İsaxanlının, Paşa Qəlbinurun, Rəşad Mecidin şerlərini ingilis dilinə çevirib.
“Küsüb getmək istəyirəm dünyadan”, "Ürəyimin göz yaşları" şerlər və iki tərcumə kitablarının müəllifidir. Yasəmən və Gültən adlı iki qızı var.
Sevil xanımın yaradıcılığı ilə ətraflı   burada   tanış ola bilərdiz.

Bəhrəm Gülməmməd oglu Əliyev

-1955-ci ildə Zərdab rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya, 1991-ci ildə isə psixalogiya fakultəsini bitirib. Təhsil sahəsində çalışır.
Tapıb yanıma gətirin
dünyanın ən ağıllı adamını.
Şübhəm vardır onun da ağlına
Əğər qulaq asıbsa bu dünyanın nağılına. - deyən Bəhrəm müəllim şerlərini çap etdirmək üçün deyil, özü üçün yazdığını deyir.

Kişilər gecələr ağlayır
Bir gecə nəğmə oxuyar öz səsiylə, ağı deyər icin-icin - kişilər gecələr ağlayar. Öz qara, zülmət bətnindən bir azman hönkürtü doğar gecə kişi hönkürtüsü. Bu çağanın dədəsi donub qalar, yarımgünlük uzaqlıqda Bir gündüzə donub qalar, qaldığı yerdə. İndi də bir gecəlik əbədiyyət nəğməsi oxuyar balasının diliynən. Bu nəğmə gecələrə qarışıb axar, Axar gecələrə sarı. Dunyanın harasında gecə varsa, oradan səsi gələr… Kişilər gecələr ağlayar...

Kərəm Qulu oğlu Müslümov (Kərəm Kürqıraqlı)

-1950-ci ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Demək olar ki, respublikanın bütün jurnal və qəzetlərində, eləcə də Türkiyə və İran mətbuatında şerləri dərc edilib. Həmçinin bir-sıra şer və yaziları respublikamizda çap edilmiş müxtəlif toplulara daxil edilib. Bir neçə şerlər kitabının müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bilməz
Bir çörəyi Allah kəsə, bəndə çörək verə bilməz, Xətir-hörmət etməyənlər, xətir-hörmət görə bilməz. Nəcabətində olmayan dosta süfrə sərə bilməz, Qara tikan kolun əkən ondan meyvə dərə bilməz, Xoşbəxtliyə çalışmayan, xoşbəxt ömür sürə bilməz. Ömrün çətin yollarını keçirəsən daşdan gərək, Bahara könül verəndə qorxmayasan qışdan gərək, Vüqarın poladdan ola yoğrulasan daşdan gərək, Sərt qayalar dırmananda qorxmayasan yaşdan gərək, Fərhad tək eşqə düşməyən qayaları yara bilməz. Gördüyünü danış, Kərəm, yoxsa sözün böhtan olar, Böhtan deyən insanların göz yaşları leysan olar. Nəsihəti eşidən kəs axır müdrik insan olar, Atası fitnə olanın, balası da şeytan olar, Əsli-kökü olmayanlar öz sözündə dura bilməz.

Zabit Məhəmməd oğlu Davudov

-1946-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 'Kür damlaları' ədəbiyyat dərnəyinin ilk yaradıcılarındandır. İnşaat sahəsində çalışır."Kür işığında şerlər kitabının müəllifidir.

Yanıb ölmək istəyirəm
Yanıb ölmək istəyirəm bu həsrətin qucağında, Məni, səni alışdıran bir sevginin ocağında. Yanıb ölmək istəyirəm mirvari tək Yanağında parıldayan göz yaşında, Bircə anda milyon kərə , söz deyəsi Baxıişların savaişında. Arzuya bax! Ölə-ölə damcılarla Sifətinə axam sənin, Məndən sonra mənə sadiq Günlərinə baxam sənin.

Nicat İntiqam

-1983-cü il fevral ayının 11-də Zərdab rayonunun Qoruqbağı kəndində doğulub. Orta məktəbi kənddə bitirib. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin məzunudur. 2007-ci ilin sonunda Azercell telekomun jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsində ən yaxşı publisistik məqalə nominasiyasının qaliblərdən biridir.(Mükafatlandırma mərasimindən fotogörüntülər)
Hazırda Turkiyənin "Zaman" qəzetinin və Azərbaycanın "Ailəm" jurnalının əməkdaşıdır. Nicatın məqalə və hekayələri ilə aşagıdakı linklərə keçid etməklə daha yaxından tanış ola bilərsiz:
www.mediaforum.az
www.zaman.az
"Zaman" qəzetində çap olunan köşə yazılarından biri Qarbağda şəhid olmuş zərdablılardan biri-Babək İsmayılov haqqındadır. Köşə yazılarının tam siyahısı ilı aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiz.
www.zaman.az - köşə yazıları

Sevda Əliyeva

-Zərdab rayonunda anadan olub. Şıxəli Qurbanov adına orta məktəbi bitirib. Hazırkı Dillər Universitetinin ingilis dili fakültəsinin bitirib. Bir müddət Zərdabda, Bakıda yaşaqıb. Hal-hazırda Stokholmda yashayır və işləyir. “Arada şer yazıram,rəsmlər də cekirem, amma heç vaxt özümü nə proffessional şair, nə də rəssam hesab edə bilmərəm.Ancaq həvəskar ola bilərəm.” – deyən yerlimizin yaradıcılığından kiçik bir damalanı sizlərə təqdim edirik.

Qocalmaqdan qorxuram...
Qarsımda dayanmış nurani qoca Gözümü zilləyib baxıram ona. Bir dəhşətlı sual Qaşlarında düyünlənmiş, ötən ömrü sanki bir an xəyalında vərəqlənmiş. "Niyə qocalır insan, niye ötür cavanlıq?" Düşündükcə özümə Kədər dolur gözümə ...Qırışlar yanağında, alnında,boğazında xət-xət sıralanıbdır. Çuxura düşmüş gözü sanki paralanıbdır. O sönük gözlərindən çox aydın oxuyuram. Otənlərə həsrətin nə boyda olduğunu baxişından duyuram. ...Ötüb gənclik,soluram... Mən də yaşa doluram. Qınamayın məni dostlar, Qocalmaqdan qorxuram...

Zərdab mənzərəsi



          Kür qırağının
                  əcəb
         seyrəngahı var...

Layihələrimiz





Yaradıcı qrup:

Cəmil Əsədov(ascamil@box.az)
Yaşar Xəlilov(yashar_16@mail.ru)
Nicat Həsənov(admin@zardab.com.az)





















































































































































Hosted by:
IntraNS

 ©Copyright-2007/Zərdab  


Rambler's Top100 Rambler's Top100 Top on A-Z.az