Zərdab gülməcələru
Hər bir elin, hər bir obanın, qəsəbənin kəndin özünəməxsus baməzə, sözqoşan , hazırcavab müdrik insanları olmuşdur və bu gün də vardır. Doğma Zərdabımız da detib gülənlərdən əskik olmamış, lətifələri ilə
Şirvan torpağında seçilmişdir. Burada biz Zərdab lətifələrinin kiçik bir qismini sizə təqdim edirik.
Arvad kimi şeydir
İsaqbağılı Fətülla kişi Bakıda gəzirmiş. Görür ki, bir qızı soyurlar, qiz qışqırır:- Ay dayı, kömək elə.
Fətülla kişi deyir:
- A bala, elə dayın da arvad kimi şeydir.
Məgər dədəm dədnin sotuğuna keçir?
Bir İsaqbağlı həmkəndlisindən soruşur:- Dədənin qəbrini niyə reşotkaya almırsan?
- Məgər dədəm dədənin sotuğuna keçir?
Güclə öyrətmuşəm
Köhnə maşını idarə edən bir İsaqbağlıya kolxoz sədri təklif edir:- Gəl, sənə təzə maşın verək.
O isə cavabında deyir:
- Lazım deyil, köhnə maşını yolumuza güclə örgətmişəm.
Birinə çatmayanda, o birinə minərsən
Gözü mayıflayan bir bıçaqçıdan qonşusu soruşur:- Gözün necedir?
- Vallah, çox zəifdir, bir maşını iki görürəm.
- Nə olar, ay qonşu birinə catmayanda, o birinə minərsən
Bircə dəfə də özün sula
Bıçaqçı camaatı əkdiyi taxılı su qıtlığından suvara bilmir. Bir nəfər deyir:- Ay Abdulla, sən Allaha yaxın adamsan. Allaha yalvar, yağış yağsın.
- Vallah o kişiyə yalvarmağa üzüm gəlmir.
- Niyə?
- Adama deməz ki, on dəfə mən suvarmışam, bircə dəfə də özün sula.
Mən hələ öyrənirəm
İsfəndiyar bir neçə nəfərlə Kürdən balıq tuturmuş. Bir də görür ki, polis gəlir. Balıq ovlayanla üz qoyurlar qaçmağa . İfsəndiyar yerindən tərpənmir, çəpərənin torunu kəsib suya atır. Başıaşağı çəpərəni yelləməyə başlayır.Polis İsfəndiyara yaxınlaşıb deyir:
- Burda balıq ovlayanları görmədin ki?
- Yox.
- Bəs, sən nə edirsən burda?
- Mən hələ öyrənirəm.
Müəllim görəndə utanır
Bir dəfə İsfəndiyarın motoskileti yolda xarab olur. Bir-iki təpik vurur ki, bəlkə işə düşə. Bunu görən Hümmət müəllim deyir:- Nə olub ay, İsfəndiyar, ürəyi ağrıyır?
- Yox, müəllim görəndə utanır.
Uçmağa hazırlaşıram
İşdən evə dönən İsfəndiyarın qarşısına arvad yemək gətirir. İsfəndiyar boşqaba baxır, görür ki, çolpanın qanadından başqa ət yoxdur. Başa düşür ki, çolpanın yaxşı tikələrini yeyiblər, ona isə qanad qalıb.- Çörəyini yeyib qurtarandan sonra deyir:
- Ay uşaqlar, pəncərəni açın uçmağa hazırlaşıram.
Hamısı namus üstə olub
Yenə İsfəndiyar balıq satırmış. Balıqların hamısını qarmaq yaralayıbmış. Alıcı İsfəndiyardan soruşur:- Bu balıqlar niyə çapılıb?
- Hamısı namus üstə olub.
Pul ondadır
Elektirik enerjisinin fasilələrlə verilən günlərinin birində işıq pulu yığan gəlir və deyir:- Ay İsfəndiyar, işıq pulunu ver.
İsfəndiyar zülmət otağı göstərib:
- Keçin içəri, arvadı tapsanız pul ondadır, - deyir.
İt pişik görəndə mırildayar da…
Səhər tezdən bazara gələn İsfəndiyar bazarın darvazasının açılmadığını görüb dodağının altında gileylənməyə başlayır:Pişik Məhəmməd («Pişik» bazarın qapıçısı Məhəmmədin ayamasıdır) ona yaxınlaşıb deyir:
- Ay İsfəndiyar, nə mırıldayırsan?
- İt pişik görəndə mırıldayar da…
Get yazda gələrsən
İsfəndiyar borclu olduğu Bülbül adlı bir nəfər qış günlərinin birində borcunun dalınca gəlir. Qapını döyür.İsfəndiyar içəridən soruşur:
- Kimdi?
- Bülbüldü, aç qapını.
- Sarsaqlama, qışda da bülbül olar? , Get, yazda gələrsən
Day səni boşayası olmadım
Alıbəyli Arif bir gün arvadı ilə dalaşır. Onu möhkəmcə döyüb, qarşısına salıb deyir:- Gəl, səni aparıram məhkəməyə boşamağa.
- Bir az getdikdən sonra Arif qarşısında gedən arvadına arxadan baxıb:
- Qayıt dala, az, canın yansın, daldan nə qəşəngmişsən. Day, səni boşayası olmadım.
Malnan get, malnan gəl də
Qoruqbağlı Möhtəsim kişi həkimə gedir. Səhhətindən şikayət edir. Həkim onu müayinə etdkdən sonra Möhtəsim kişiyə deyir:- Möhtəsim kişi, çoxlu göyərti ye.
- Ay doktur, elə göyərti yeyənəm.
- Çoxlu yemək lazımdır.
- Yəni nə qədər?
- Günorta, axşam.
- Ay doktur, elə de ki, malnan get örüşə, malnan gəl də.
Danışmağa imkan ver
Bir çoxdanışan qadın həkim qohumuna muraciət edir:-Mənə bir məsləhət ver. Gecələr yata bilimirəm. Ərim yuxuda danışır.
Həkim:
-Xalacan, sən ona gündüzlər danışmağa imakan ver.
Hanı qəşəng qız
Bir kişi çox içir.Dəhşət içən olur.Arvadı deyir ki bir də içsən,sən evə gələndə qapını açmayacam.Kişi bir gün də bərk içir gəlir.Qapını döyür. Arvadı soruşur: Kimdir?Kişi:- Mənəm.
Arvad: Sənə demişdim axı, bir də içsən açmayacam.
Kişi bilmir nə bəhanə ile evə girsin. Axirda : " Ay qəşəng qız, sənin üçün qəşəng gül almişam,aç qapını verim."
Arvadı sevinib qapını açır. Görür ki, kişinin əlində gül yoxdu. "Bes hanı gül?"
Kişi də deyir:"Bəs hanı qəşəng qız?"






