Son illər ərzində Azərbaycanda gedən müsbət proseslər Zərdab rayonunun timsalında artıq özünü göstərir. Sizin rayonunuz abadlaşır, gözəlləşir. Gələcəkdə görüləcək tədbirlər nəticəsində Zərdab daha da gözəlləşəcək, abadlaşacaq, insanlar daha da yaxşı yaşayacaq.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
(06 sentyabr 2008-ci il, "Əkinçi" qəzeti) . Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Həsən bəy Zərdabi adına Zərdab şəhər 1 saylı orta məktəbi 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” musabiqəsində muvəffəqiyyət qazandığına görə 10000 (on min) manat məbləğində pul mukafatı ilə mukafatlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həmyerlimiz, şəhər 2 saylı orta məktəbin biologiya muəllimi, əməkdar müəllim Çimnaz Məlik qızı Məmmədova 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” musabiqəsində muvəffəqiyyət qazandığına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mukafatı ilə mukafatlandırılmışdır.
Təbrik edirik!
(http://ans-dx.com/print80542.html) . Zərdab rayonunun Təzəkənd yaşayış məntəqəsinin sakini Vüqar Mmmədov indiyədək məlum olmayan heyvan öldürüb. V.Mmmədovun ANS PRESSin verdiyi məlumata əsasən, iyulun 12-də səhər saatlarında o, həyətdə saxladığı itinin səsinə çıxıb və qırmızı rəngdə, indiyədək görmədiyi heyvanın itinə hücum etməsinin şahidi olub. O, dərhal evə qaçaraq ov tüfəngini götürdüyünü və həmin yırtıcını vurduğunu bildirib. V.Məmmədovun sözlərinə görə, həmin heyvan qırmızı rəngdədir, əlləri insan əli kimidir, sifətdən meymuna oxşarlığı var. Ölçüsünə gəldikdə isə həmin yırtıcı, canavar boyda olarmış. Onun nəşinə baxan ovçular belə ilk dəfə belə heyvan gördüklərini bildiriblər. Bu heyvanı öldürdükdən sonra kənd sakinləri rayondan baytar həkimlərinə xəbər versələr də, mütəxəssislər gəlmədiyi üçün həmin yırtıcının başını kəsib basdırıblar. /ANS PRESS/
01 iyul 2008-ci il. "Əkinçi" qəzeti (Zərdabda bayram tədbirləri). 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonumuzda söhbət və mühazirələr, dəyirmi masa, diskusiya və s. təşkil edilmiş, yarışlar keçirilmişdir. Qurtuluş günü şərəfinə minlərlə həmyerlimiz Heydər Əliyev parkını və muzeyini ziyarət etmiş, ulu öndərin abidəsi önünə gül-çiçək qoymuşlar.
21 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə həsr olunmuş ümumrayon mərasimi üç "Şöhrət" ordenli Muradəli Heydərovun yaşadığı, 416-cı Azərbaycan diviziyasının bayrağını Berlinə gətirən iki "Şöhrət" ordenli Cəlal Cvadovun uyuduğu Məmmədqasımlı kəndində təşkil olundu. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı 86 yaşlı müharibə veteranı Tapdıq Davudov, 106 yaşlı müharibə veteranı Tahir əliyev də çıxışlar etmişlər.
23 İyun dövlət qulluqçularının bayramı günü rayon icra hakimiyyətinin həyətində "Yeni həyat" humanitar yardım və sosial dayaq ictimai birliyi əlil və xəstə insanlara yardım və 2 əlil arabası təqdim etdi. Həmçinin rayonumuzun tibb ocaqlarına da tibbi ləvazimatlar təqdim olundu.
14 iyun 2008-ci il. "Əkinçi" qəzeti. Zərdabda abadlıq işləri davam edir. Şəhərimizin Qumlu adlanan yaşayış massivində yolların bərbadlığını nəzərə alaraq bu əraziyə yol çəkilir. Bundan əvvəl isə rayonun mərkəzi küçələrindən biri olan Azərbaycan küçəsinin də asfalt örtüyü təzələnmişdir.Həmçinin Qumlu yaşayış massivinin qaz probleminin də həlli üçün tədbirlər görülür.
22 may 2008-ci il. "Əkinçi" qəzeti. Xəbər verildiyi kimi Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 29 mart 2008-ci il sərəncamıla "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubleyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq etmişdir. Təntənəli yubiley günlərində rayonumuzun rəhbərliyi, qonaqlar, ictimayyət nümayəndələri, məktəbli-gənclər, ağsaqqal və veteranlar Heydər Əliyev parkını və muzeyini ziyarət etdilər, ulu öndərin əzəmətli abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoydular, başdan-başa yenidən qurulan Heydər Əliyev prospektində oldular. Heydər Əliyev kitabxanasının bünövrəsi qoyuldu. "Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən elmi-nəzəri konfransda ölkəmizin görkəmli akademikləri, məşhur alim və ziyalılar iştirak və çıxış etdilər.
14 aprel 2008-ci il. Zərdabda Sovet İttifaqı Qəhrəmanına büst qoyulacaq ("Olaylar"-http://olaylar.az/index.php?newsid=1208170645) Zərbad rayonunda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulacaq. Bu barədə qərarı Nazirlər Kabineti verib. Baş nazir Artur Rəsizadənin imzaladığı qərar rayon İcra Hakimiyyətinin müraciəti nəzərə alınmaqla verilib. ("OLAYLAR"İA)
12 aprel 2008-ci il. "Əkinçi" qəzeti. 12-14 yaşlı qızlar arasında Bakıda keçirilən şahmat üzrə Azərbaycan çempionatından sevindirici xəbər almışıq. 1 saylı şəhər orta məktəbin şagirdi İzzət Rəhimli 12-14 yaşlı qızlar arasında keçirilən ölkə çempionatında inamla yarışaraq güclü rəqiblərini məğlub etmiş, çempionatın gümüş medalını, eyni zamanda Avropa çempionatına vəsiqə qazanmışdır. Gənc və istedadlı şahmatçımızı bu gözəl qələbə münasibəti ilə təbrik edir, yeni qələbələrini, Avropa çempionatından xoş soragını gözləyirik.
26 mart 2008-ci il. Zərdabda uşaq-incəsənət məktəbi inşa edilir. ("Municiplaity.az" elektron jurnal.- http://milaz.info/news.php?id=1571) Zərdab Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, rayon mərkəzində bir sıra ictimai və yaşayış binalarının tikintisi sürətlə davam etdirilir. Dördyol ərazisində müasir üslubda şadlıq sarayının tikintisi artıq başa çatmışdır. Hazırda binanın ətrafında abadlıq və səliqə-sahman işləri aparılır. 16 mənzilli yaşayış binasında işə son tamamlama işləri aparılır. Bundan başqa, Zərdab Rayon İcra Hakimiyyətinin, Sosial Müdafiə Mərkəzinin rayon şöbəsinin, inzibati binasında, Məlikumudlu kəndində 360 yerlik ota məktəbin, prokurorluğun, 180 yerlik uşaq-incəsənət məktəbinin yeni binalarında tikinti işləri sürətlə davam etdirilir. Sosial obyektlərin tikintisinini bu ilin sonunadək başa çatdırılması planlaşdırılıb.
19 mart 2008-ci il. 19 mart 2008-ci ildə şəhərimizdəki stadionda Novruz bayramı münasibəti ilə geniş bayram şənliyi təşkil olunmuşdu. Şənlikdə əyləncəli oyunlar, yarışlar keçirildi, rayonumuzun bütün yaşayış məntəqələrindən gələn xanımlar plov bişirmək, yun daramaq, yuxa salmaq, toxuculuq və sair sahədə öz məharətlərini göstərdilər. Bayram təntənəsində kəndirabazlar çıxış etdi, nəhəng bayram tonqalı ətrafında milli geyimli oglan və qızlar dövrə vurub rəqs etdilər.
7-8 mart 2008-ci il. 7 mart 2008-ci ildə şəhərimizdəki "Kür" şadlıq sarayında 8 Mart qadınlar günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli bayram şənliyi oldu. 8 mart 2008-ci ildə isə rayonda b[yüklüyünü görə yeganə olan - 700 nəfərlik "Natiq" şadlıq evi ilk toy mərasimini keçirtdi. Allah xeyirli eləsin!
27 fevral 2008-ci il. http://az.newsazerbaijan.ru.(BAKI, 27 fevral – «Xəbərlər-Azərbaycan»). Ekologiya və təbii sərvətlər naziri Kürdəmir və Zərdabda modul sutəmizləyici qurğulara baxış keçirib. Bu barədə «Xəbərlər-Azərbaycan»a ETSN-nin mətbuat xidmətinin əməkdaşı İradə İbrahimova məlumat verib.O qeyd edib ki, adı çəkilən rayonlarda 11 bu tip stansiya quraşdırılıb. Bundan əlavə, Kürdəmirdə 41, Zərdabda isə 56 bulaq abadlaşdırılb.«Ümumilikdə, «Əhalinin içməli su ilə təminatı barədə» ölkə prezidentinin sərəncamına uyğun olaraq hazırlanmış kompleks tədbirlər planı çərçivəsində respublikanın 50 yaşayış məntəqəsində, o cümlədən Saatlı, Salyan, Sabirabad, Kürdəmir, Neftçala, İmişli, Yevlax, Zərdabda modul təmizləyici qurğular quraşdırılıb», deyə İbrahimova bildirib.İbrahimovanın sözlərinə görə, 55 min insan artıq təmizlənmiş içməli su ilə təmin olunur. Ümumilikdə proqram çərçivəsində Ümumdünya Səhiyyə təşkilatının normalarına cavab verən su ilə 100 kəndin 161,5 min əhalisi təmin olunacaq.
11 fevral 2008-ci il. "Əkinçi" qəzeti. 2 fevral Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev "Muğam-2007" müsabiqəsinin diplomantı Sevda Nurəliyevaya rayonumuzu layiqincə təmsil etdiyi üçün təşəkkürünü bildirdi. Eyni zamanda L.Babayev şahmat üzrə Azərbaycan çempionu Fərid Zeynalovu da təbrik etdi, Azərbaycan şahmat federasiyasının dəvəti ilə İrandakı beynəlxalq turnirdə respublikamızın bayragını yüksəkliklərə qaldırmağı arzuladı. Hər iki gəncə rayon icra hakimiyyətinin Fəxri fərmanı və pul mükafatı təqdim edildi.
9 yanvar 2008-ci il. "Əkinçi" qəzeti. Dekabrın 29-da bayram tədbitləri çərçivəsində rayon icra hakimiyyətində Azərbaycan Milli Akademiyasının akademiki Fuad Qasımzadənin rayon ziyalıları ilə görüşü oldu. Görüşü rayon icra hakimiyyətinin başçısı L.Babayev açaraq hörmətli akademiki və onun ömür-gün yoldaşı, filologiya elimləri namizədi Mələk xanımı salamladı. Sonra akademikə söz verildi. Akademik F.Qasımzadə Zərdaba ilk səfərindən çox sevindiklərini dedi. Bildirdi ki, atası, görkəmli alim Feyzulla Qasımzadənin və elə özünün də tədqiqat obyekti olan, xalqımızın görkəmli şəxsiyyəti Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı Zərdaba gəlmək onun çoxdankı arzusu idi. Çox şaddır ki, bu arzu rayon icra hakimiyyətinin başçısı, hörmətli Lütvəli Babayevin təşəbbüsü ilə reallaşdı.
Görüşdə Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin nəvəsi- atası Həmdulla bəy sürgündə yaşadığı dövrdə Daşkənddə doğulan Sara xanım və başqaları çıxış edərək maraqlı söhbətlərinə görə akademikə və onun ömür-gün yoldaşına təşəkkür etdilər.
29 dekabr 2007-ci il. "Əkinçi" qəzeti. Məlum oldugu kimi ölkəmizin prezidenti cənab İlham Əliyevin 14 dekabr 2007-ci il tarixli cərəncamı ilə Lütvəli Babəli öğlu Babayev Zərdab rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Dekabrın 15-də Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdri cənab Zeynal Nağdəliyevin iştirakı ilə rayonumuzun icra hakimiyyətinin başçısı Lütvəli Babəli öğlu Babayevin təqdimat mərasimi oldu. Mərasimdə diqqətə çatdırıldı ki, Lütvəli Babayev 1959-cu ildə Zərdabın Qaravəlli kəndində anadan olub. 2 ali məktəb bitirib, iqtisad elimləri namizədidir. 1993-cü ildən icra hakimiyyəti orqanlarında çalışır. Bundan əvvəl Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Təqdimat mərasimində L.Babayev çıxış edərək demişdir: "Mən çox sevinirəm və cənab prezidentə ürəkdən minnətdaram ki, məni doğulduğum və çox sevdiyim rayonumuza icra hakimiyyətinin başçısı təyin edib. Bu etimadı doğrultmaq, regionların sosial-iqtisadi inkişafı Dövlət Prpqramında müəyyənləşdirilən vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə, doğma Zərdabımızın Azərbaycanımızın ən gözəl rayonlarından birinə çevrilməsinə nail olmaq üçün bütün qüvvə və bacarığımı sərf edəcəyəm."
29 noyabr 2007-ci il. "Olaylar". Azərbaycan mətbuatının banisi, bir çox sahələrdə yenilik edən maarifçi insan Həsən bəy Zərdabinin ölümündən yüz il ötür. Bu münasibətlə Mətbuat Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı mətbuat nümayəndələri noyabrın 28-də Fəxri Xiyabanda H.Zərdabinin məzarını ziyarət edib. Ziyarət mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda mətbuatın təməlini qoyan Zərdabi xalqın maariflənməsi üçün bütün qüvvəsi ilə çalışıb. Professor Şirməmməd Hüseynov Həsən bəy Zərdabinin Qafqazda ilk ali təhsil alan müsəlman olmasından, onun gördüyü işlərdən danışıb, onun ilk xeyriyyə cəmiyyəti yaratmasından, Azərbaycanda teatrın təməlinin qoymasından, realnı məktəbdə dərs deməsindən söz açıb: "O, kasıb uşaqlarını məktəbə götürməmişdən əvvəl öz evində hazırlaşdırırdı". Həsən bəy Zərdabinin hər zaman hər yerdə millət üçün çalışmasından danışan professor Hacı Zeynalabdin Tağıyevin millət atası olmasında alovlu maarifçinin xüsusi rolundan bəhs edib.O, H.Zərdabinin 16 il Zərdabda müəllimlik etdiyini vurğulayıb. "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, H.Zərdabi "Əkinçi"ni nəşr etdiyi zaman maliyyə çətinliyi ilə qarşılaşsa da, qarşısına qoyduğu məqsəddən dönməyib və xalq üçün çalışıb: "Bu gün qəzetçilik tariximizin 130-dan çox yaşını qeyd ediriksə, bu Həsən bəy Zərdabinin xidmətinin sayəsindədir".
29 noyabr 2007-ci il.//www.yeniazerbaycan.com/.Dekabrın 12-də Zərdab rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının dördüncü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Heydər Əliyev abidəsi önünə əklillər və gül-çiçək dəstələri qoyublar. Heydər Əliyev muzeyi ilə tanış olandan sonra şəhər mədəniyyət evində toplantı keçirilib. Zərdab rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ulu öndərin zəngin ömür yolundan, dövlətçilik təcrübəsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərindən danışaraq Heydər Əliyevin yaşadığı ömür yolunun hər birimizə örnək olduğunu qeyd edib. O, çıxışında ulu öndərin bütün həyatı boyu gördüyü işlərin Azərbaycanın tərəqqisinə, xalqının əmin-amanlığına, rifah halının yüksəlməsinə yönəldildiyni diqqətə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizi əbədi etmək üçün qərinələrə sığmayan elə addımlar atıb ki, bu müstəqillik xalqımızın milli sərvətinə çevrilib.
Mərasimdə qeyd olunub ki, bütün xalqımız kimi zərdablılar da ulu öndərimizin ruhu qarşısında ehtiramla baş əyir, ümummilli liderimizin əziz xatirəsini daim uca tuturlar. Kür çayının həddindən çox daşması ilə bağlı Heydər Əliyevin Zərdab rayonuna 1978-ci il tarixli səfərini xatırladan natiqlər belə bir fikir ifadə etmişlər ki, ümummilli liderimizin xilaskarlıq missiyasını zərdablılar heç vaxt unutmayacaqlar. Mərasimin sonunda ehsan süfrəsi təşkil olunub.
28 noyabr 2007-ci il."Əkinçi" qəzeti. Noyabırın 14-də şəhərimizdəki "Kür" şadlıq sarayında milli mətbuatımızın, teatrımızın, milli xeyriyyəçilik hərəkatının banisi, Rusiyada ali təhsil almış ilk azərbaycanlı kəndli balası, Azərbaycan jurnalistlərinin mənəvi atası, maarifçi-jurnalist, müsəlmanların ilk təbiətşünas alimi Həsən bəy Zərdabinin anadan olmasının 170 və xeyriyyə cəmiyyətinin 135 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransda proffessor İzzət Rüstəmov, alim Vəli Məmmədov, filologiua elmləri namizədi, millət vəkili Jalə xanım Əliyeva və başqaları çıxış etmişlər.
13 iyul 2007-ci il."Əkinçi" qəzeti. Gənc həmyerlimiz Hüseyin Sərdar oğlu Rəhimov Bakı şəhərində universal döyüş növü olan fri-faytinq üzrə keçirilən Azərbaycan çempionatında 70 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq doğma rayonumuza fəxri diplom və çempion medalı ilə qayıtmışdır.
09 iyun 2007-ci il. APA informasiya agentliyi. Zərdab rayonunun Dəkkoba kəndində 40 nəfər 100-dən artıq yaşı olan sakin yaşayır.
Onlardan 38-i qadın, 2-i isə kişidir. APA-nın Aran bürosunun məlumatına görə, bu barədə Qızıl Aypara Cəmiyyətinin Dəkkoba kəndində ahılların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı keçirilən tədbirində qeyd olunub. Tədbirdə rayon rəhbərliyinin nümayəndələri, özfəaliyyət kollektivləri də iştirak edib. Tədbir kəndin və rayonun ən yaşlı sakini 120 yaşlı Əsli Həsən qızı Məhərrəmovanın ad günü münasibətilə keçirilib. İki övladı olan Ə. Məhərrəmovanın bir oğlu 30 yaşında vəfat edib, 80 yaşlı qızı isə heç vaxt ailə qurmayıb. Buna görə də onun nəvələri yoxdur. O və qızı oğulluğa götürdüyü şəxsin himayəsində yaşayırlar.