. . : : | LAYIHƏ HAQQINDA | SAYTIN XƏRİTƏSİ | SAYT XƏBƏRLƏRİ | LİNKLƏR | ƏLAQƏ | : : . .
Azərbaycan       rus        eng                  
 

Sayt xəbərləri

  2007-ci ilin yanvarı - Zərdab rayonu haqqında saytın hazırlanmasına başlanıb. Saytın dizaynı, strukturu müəyyənləşib. Məlumatların tolanması, səhifələrin kodlaş-ması istiqamətində iş bölgüsü aparılıb.

25 iyun 2007-ci il tarixdə sayta domen adinin alınması üçün "Network Texnologies" şirkəti ilə müqavilə baglanıb. Bu müqaviləyə əsasən Zərdab haqqında sayta www.zardab.com.az domen adı təyin edilib. Həmin tarixdə "IntraNS" MMC şirkəti ilə hostinq xidmətinin göstərilməsi barədə muqavilə baglanıb. 28 iyun 2007-ci il tarixdən saytın səhifələrinin İnternetdə yerləşdirilməsinə başlanıb. Domen adının alındığı tarixi, 2007-ci ilin iyun ayının 25-ni saytımızın ad günü hesab etmək olar.

2007-ci ilin oktyabr ayı - saytın "Rayonumuz" və "Cografi məkan" səhifələri yeniləşdirildi.

2007-ci ilin dekabırı - www.zardab.com.az saytının strukturunda dəyişiklik edilərək, yeni "Lətifələr" və "Bizlər" səhifələri əlavə edildi. Ana səhifəyə uyğun keçidlər yerləşdirildi.

2008-ci ilin yanvar ayı - saytın ana səhifəsinin informasiya yukunun azaldılması, ümumilikdə saytın informasiya tutumunu genişləndirilməsi məqsədi ilə yeni "Zərdab xəbərləri" səhifəsinin hazırlanması və bəzi xəbərlərin bu səhifəyə yerləşdirilməsi qərara alındı. Hazırda bu istiqamətdə iş aparılır. Həmçinin saytin idarə edilməsi işini asanlasdırmaq məqsədi ilə admin@zardab.com.az elektron poçtu hazırlanıb. Saytın qonaqları öz istək və arzularını bu emailə gondərə bilərlər.

2008-ci ilin yanvar ayı - sayta Zərdab rayonu haqqında qısa icmalı özündə əks etdirən rus dilli səhifə əlavə edildi. Gələcəkdə rus dilində məlumatların çoxaldılması nəzərdə tutulub.Saytmızdakı məlimatların rus dilində tərcuməsində bizə köməklik edən hər bir şəxsə qabaqcadan öz minnətdarlığımızı bildiririk.

2008-ci ilin fevral ayı - Bakida yaşayan həmyerlimiz - şairə-tərcuməçi Sevil Nuriyevanın (Gultən) göndərdiyi məlumatlar əsasında "Kür damlaları" səhifəsində yeniliklər edildi. Hörmətli həmyerlilərimiz! Biz Sizin istəyiniz əsasında Sizin üçün yeni-daha geniş informasiya tutumuna malik səhifələr hazırlayıb saytımızda yerləşdirə bilərik. İstək sizdən, işləmək bizdən!

2008-ci ilin fevral ayının 27-si - Saytızın dəyərli qonaqları! Sizlər üçün qonaq dətərini hazırladıq. Rəy və təkliflərininzi, tənqid və iradlarınızı birbaşa burada yerləşdirə bilərsiz.

2008-ci ilin mart ayinin 5-i - Hörmətli Zərdabdan kənarda yaşayan, amma hər an rayonumuzu xatirlayan həmyerlilərimiz! Zərdab haqqında qısa da olsa məlumat almaq istəyirsinizsə Sizlər üçün 'Zərdab xəbərləri' bölməsini hazırladıq.

2008-ci ilin martın 10-u - saytımızda informatika müəllimləri üçün "Mənim informatika dərsim" müsabiqəsinə start verildi. Müsabiqənin qalibləri 17 mayda - İnformasiya günündə elan ediləcək. Hörmətli müəllimlər, bizə qoşulun, özunuz üçün metodik informasiya məkanı yaradın!

2008-ci ilin martın 27-i - Zərdablı şairə-tərcuməçi Sevil Nuriyevanın (Gultən) veb-səhifələrini saytımızda yerləşdirdik. Ugurlu olsun, virtual dunyanız, Sevil xanım!

2008-ci ilin martın 29-i -Sevil xanımın köməkliyi ilə rayonumuz haqqında ingilis dilinə tərcumə edilmiş məlumatlar serverə yükləndi. Sevil xanım, çox sağ olun!

2008-ci ilin mayın 20-dən başlayaraqi "Mənim informatika dərsim" müsabiqəsi üçün hazırlammış veb-resursç bu resursun materiallarının internetdə yerləşdirilməsinə başlanıb.

Bu gun, 25 iyun 2008-ci il-bizim saytın rəsmi mövcud olmasının biri ili tamam olur. Ad günümüz mubarək!

Zərdab mənzərəsi



          Kür qırağının
                  əcəb
         seyrəngahı var...

Layihələrimiz





Yaradıcı qrup:

Cəmil Əsədov(ascamil@box.az)
Yaşar Xəlilov(yashar_16@mail.ru)
Nicat Həsənov(admin@zardab.com.az)
























Hosted by:
IntraNS

 ©Copyright-2007/Zərdab  


Rambler's Top100 Rambler's Top100 Top on A-Z.az